COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

02.10.2022 - 19:07

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 140 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 140 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 265, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 50 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 892 609, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 383 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 821, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 802, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 261 846 təşkil edir.

Müəllif: Ayna.az