COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

31.08.2022 - 17:30

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda daha 1608 nəfər koronavirusa qarşı peyvəndlənib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1608 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, üç və daha çox doza vaksin vurduranların sayı 866, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 134 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 860 396, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 902, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 863 085, üç və daha çox doza vaksin vurduranların sayı 3 364 209, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 259 200 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş