COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

01.03.2022 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

Pozitiv nəticədən sonra "buster" doza peyvəndlənənlərin sayı isə 206 113 təşkil edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 481 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2071, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29607, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı isə 1798 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 017 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 300 633, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 786 953, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 724 169, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı isə 206 113 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş