COVID-19 əleyhinə neçə peyvənd vurulub?

Xəbərlər

26.01.2023 - 17:33

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 350 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, üç və daha çox doza peyvənd vurduranların sayı 114, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 nəfərdir.

Peyvənd olunanların ümumi sayı 13 941 202, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 401 798, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 797, üç və daha çox doza peyvənd vurduranların sayı 3 397 440, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 167 təşkil edir.

Müəllif: Ayna.az