COVID-19-a qarşı neçə nəfər peyvənd olunub?

Xəbərlər

10.01.2022 - 16:48

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda koronavirus əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir, "buster" doza üzrə isə vaksinasiya olunan yoxdur.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 498 430, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 363, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş