Consonun postuna Trass əyləşə bilər

Dünya

11.07.2022 - 09:06

Həkimlər Klinikalar SEO Xidməti

Böyük Britaniyanın XİN başçısı Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifələrinə namizədliyini irəli sürüb.

AYNA xarici mediaya istinadən bildirir ki, nazirin sözlərinə görə, qlobal iqtisadi böhran fonunda daxildə ən böyük problemlərlə üzləşilib.

“Növbəti seçkilərə hazırlaşmaq üçün iki ildən az vaxt qalıb. Çətin mübarizə olacaq, lakin Britaniya xalqına verdiyi vədləri yerinə yetirməklə qalib gəlmək olar. Mən namizədəm. Vədləri yerinə yetirə və sərt qərarlar verə bilirəm”,- deyə Trass bildirib.

Qeyd edək ki, ötən həftə Baş nazir Boris Conson istefa verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş