Çobanın partlayış nəticəsində ölməsi faktı araşdırılır

Hadisə

02.02.2022 - 13:29

Həkimlər Klinikalar SEO Xidməti

Prokurorluq baş verən hadisə ilə məlumat yayıb

Prokurorluq Yevlaxda çobanın partlayış nəticəsində ölməsi ilə bağlı məlumat yayıb.

Yevlax Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ Müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.

Hazırda faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş