Əsgər daşıyan helikopter qəzaya uğrayıb, ölənlər var

Hadisə

26.11.2019 - 15:01

Qəza ilə bağlı ətraflı məlumat verilməyib

 

Malidə terrorla mübarizə çərçivəsində fransız əsgərlərini daşıyan helikopter qəzaya uğrayıb.

 

AYNA xəbər verir ki, qəza nəticəsində 13 fransız əsgəri dünyasını dəyişib.

 

Qəza ilə bağlı ətraflı məlumat verilməyib.

 

Müəllif: Ayna.az