Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünya

29.04.2020 - 09:22

Virusa yoluxanlardan 21-i xaricdən gələn şəxslərdir

 

Çində son sutka ərzində daha 22 nəfər koronavirusa yoluxub, 23 pasiyent sağalıb, ölən yoxdur. 

 

AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, virusa yoluxanlardan 21-i xaricdən gələn şəxslər, 1-i isə yerli sakindir (Quandun əyalətində).

 

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 633 nəfər həyatını itirib, 82 858 yoluxma halı qeydə alınıb.

Müəllif: Ayna.az