“Si Cinpin ölkəsinin ordusunun "dünya səviyyəli gücə" çevrilməsi üçün 2027-ci ili son tarix qoyub”
Çin müdafiə xərclərini artıraraq, son beş ilin ən böyük müdafiə büdcəsinə çevrib. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Çin lideri Si Cinpin ölkəsinin ordusunun "dünya səviyyəli gücə" çevrilməsi üçün 2027-ci ili son tarix qoyub, lakin korrupsiyanın bu ambisiyalara mane olub-olmaması ilə bağlı şübhələr artır”, materialda qeyd edilib.
Bildirilib ki, Çinin hərbi xərcləri 7,2 faiz artacaq. Materialın müəlliflərinin ABŞ kəşfiyyatına istinadən yaydıqları məlumata görə, xərclərin artması ordudakı korrupsiya ilə bağlıdır ki, bu da ilk növbədə Çinin raket qüvvələrinə və hərbi sənaye kompleksinə aiddir. Bununla bağlı Pekin yaxın vaxtlarda böyük hərbi təlimlər keçirməkdən imtina edə bilər.
Bundan əvvəl Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib ki, Xalq Azadlıq Ordusu müharibəyə hazırlaşır və Tayvan ətrafında patrul xidməti aparmağa davam edəcək.