“Çinin maraqlarına zərər vuran istənilən hərəkət qətiyyətlə cavablandırılacaq”
Pekin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün hər şeyi edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çinin Londondakı səfirliyinin xəbərdarlığında qeyd edilib.
“Biz Britaniya tərəfini əmin edirik ki, Çinin maraqlarına zərər vuran istənilən hərəkət Çin tərəfindən qətiyyətlə cavablandırılacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar çərçivəsində Böyük Britaniya tərəfindən Çin şirkətlərinə qarşı da sanksiyalar tətbiq edilib. Siyahıya Çində yerləşən şirkətlər də daxildir.