Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb

Xəbərlər

23.09.2022 - 15:58

Nazir Hüseyn Əmir-Abdullahianı Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.

AYNA xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, İranın XİN başçısı ilə ikitərəfli əlaqələrdə və regionda son vəziyyəti müzakirə edib.

“Mən həmkarıma Ermənistanın son təxribatları barədə məlumat verdim”, - deyə o əlavə edib.

Müəllif: Ayna.az