Çexiyada quş qripi epidemiyası qeydə alınıb

Dünya

13.09.2024 - 23:34

cedabet dərman SEO Xidməti

Çexiyanın mərkəzindəki Prşibram şəhəri yaxınlığındakı Martiniçe kəndində quş qripi epidemiyası qeydə alınıb.

AYNA məlumatına görə, bu barədə " IrozhlasCо" portalı respublikanın kənd təsərrüfatı naziri Marek Vıbornıya istinadən xəbər yayıb.

Qeyd edilir ki, Martiniçedəki quşçuluq fermasında toyuqlarda və ev qazlarında quş qripi aşkarlanıb. Baytarlar quşları orada kəsmək qərarına gəliblər. Söhbət 700 ev qazından və 300 toyuqdan gedir.

Hakimiyyət orqanları quş qripinin yayılmasının qarşısını almaq üçün tədbirlər görür. Bu arada, mütəxəssislərin fikrincə, onun insanlara keçmə riski çox aşağı qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş