Təlim regional hakimiyyət orqanları, polis və fövqəladə hallar xidmətləri ilə birgə keçirilir
Cənubi Koreya hərbçiləri ölkənin cənub-şərqində mülki əhalini qorumaq üçün hərtərəfli təlimlərə başlayıb. AYNA xəbər verir ki, bu barədə “Yonhap” Koreya Respublikası Silahlı Qüvvələrinin (QQ) Qərargah Rəisləri Komitəsinə istinadən bildirir.
Nəşrin məlumatına görə, təlim regional hakimiyyət orqanları, polis və fövqəladə hallar xidmətləri ilə birgə keçirilir.
Təlimlər Tequ şəhərində və kensan-Pukto əyalətində başlayıb və beş gün davam edəcək. Oktyabr ayına qədər ölkənin digər bölgələrində də mərhələli şəkildə təlimlər keçiriləcək.
Qeyd edək ki, aprelin 3-də ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın nüvə təhlükəsinə cavab olaraq Koreya yarımadası yaxınlığında dəniz qüvvələrinin birgə təlimlərinə başlayıb. Onlar sualtı qayıqlarla mübarizə aparmaq və potensial düşmənin ballistik raketlərini zərərsizləşdirmək məqsədi daşıyır.