Cənubi Koreya anti-Rusiya sanksiyalarından yayınmağa qarşı mübarizəni gücləndirəcək

Dünya

26.02.2024 - 11:33

Rusiya və Belarusa ixraca nəzarət gücləndiriləcək

Cənubi Koreya hakimiyyəti Rusiya və Belarusa qarşı sanksiyalardan yayınanlar barədə mübarizəni gücləndirəcək və bu ölkələrə ixraca nəzarəti gücləndirəcək. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

“Nazirlik aidiyyəti orqanlarla birlikdə fevralın 24-dən qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq icazəsi alınmalı olan malların qanunsuz ixracına qarşı mübarizəni gücləndirməyi planlaşdırır və belə məhsulların siyahısını genişləndirir”, - qeyd olunub.

Əlavə olaraq bildirilib ki, fevralın 23-də ABŞ Cənubi Koreya şirkətlərindən birinə qarşı təhqiqata başlayıb. Onun Rusiya ilə əlaqələri, o cümlədən pilotsuz təyyarələrin istehsalı üçün lazım olan çiplərin tədarükü ilə bağlı şübhələr var.

Müəllif: Ayna.az