Cəlilabadda iki yeniyetmə dəm qazından zəhərlənib

Xəbərlər

09.12.2022 - 20:56

Zərərçəkənlər reanimasiya şöbəsinə yerləşdiriliblər

Cəlilabad rayonunda iki yeniyetmə dəm qazından zəhərlənib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü T.Nuriyeva və 2010-cu il təvəllüdlü M.Qasımova dəm qazından zəhərləniblər.

Onlar təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az