Cəlilabadda ağır qəza: ölən və yaralananlar var

Xəbərlər

08.01.2022 - 22:54

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Cəlilabad rayonunda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, qəza nəticəsində Cəlilabad rayon sakinləri - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişini Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.

Qəza zamanı habelə minik avtomobilinin digər sərnişinləri, Cəlilabad rayon sakinləri - 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili işıqlandırılmayan yolda “Kon” markalı avtomobilə çırpılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş