Çaydan qadın meyiti tapılıb

Xəbərlər

16.01.2023 - 12:53

cedabet dərman SEO Xidməti

Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Lənkəranda çaydan qadın meyiti tapılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Lənkərançay çayının Lənkəran şəhəri, Sütəmurdov kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Meyitin çaydan çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş