Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
AYNA Rusiya mediasına istinadən bildirir ki, XİN rəhbərləri telefon söhbətində ikitərəfli münasibətləri, qarşıdan gələn NATO-Rusiya Şurası toplantısı, həmçinin Qazaxıstan, Bosniya və Herseqovina, Qafqazdakı cari vəziyyəti müzakirə ediblər.