Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurova vəfat edib

Hadisə

12.01.2025 - 15:56

Həkimlər Klinikalar SEO Xidməti

Xəstə komadan ayılmayıb və dünyasını dəyişib

Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun müalicə aldığı xəstəxanadan bildirilib.

N.Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.

Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunur ki, onun beyninə çirk dolub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş