Burkina-Fasoda silahlılar 170-ə yaxın sakini öldürüb

Dünya

03.03.2024 - 23:35

cedabet dərman SEO Xidməti

Hadisələr Komsilqa, Nodin və Soroe kəndlərində baş verib

Burkina-Fasonun şimalında üç kənddə silahlılar 170-ə yaxın sakini öldürüb.

AYNA xəbər verir ki, bu barədə Uahiquya rayon prokuroru Əli Benjamin Kulibali məlumat verib.

Onun sözlərinə görə, hadisələr Komsilqa, Nodin və Soroe kəndlərində baş verib.

O bildirib ki, hücum haqqında ilk dəfə fevralın 25-də məlumat verilib. Hazırda kəndlərə basqın edən silahlıların hansı qruplaşmaya aid olduğu müəyyənləşdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş