Bulvar yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Hadisə

14.11.2021 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın (Bulvar) yaxınlığında 1 nəfərin dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş