Bu il laçınlıların birinci qrupunun Laçına qayıdışı planlaşdırılır

Xəbərlər

17.03.2023 - 15:09

Baş nazir: “Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur”

Bu ilin sonuna qədər Laçın rayonunda məskunlaşdırılmaya başlanılacaq. AYNA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, bu il laçınlıların birinci qrupunun rayonda yerləşdirilməsi planlaşdırılır: “Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına son iki ildə dövlət büdcəsindən ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib”.

“Hesabat ilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib”, - deyə Baş nazir vurğulayıb.

Müəllif: Ayna.az