Bu gün daha bir qrup azərbaycanlı Adanadan təxliyə olunacaq

Xəbərlər

10.02.2023 - 14:44

cedabet dərman SEO Xidməti

Təxliyə avtobusu bu gün Adana avtovağzalından Azərbaycana yola düşəcək

Bu gün daha bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Azərbaycana təxliyə olunacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, təxliyə avtobusu bu gün yerli vaxtla saat 17:00-da Adana avtovağzalından Azərbaycana yola düşəcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18 342 nəfər həyatını itirib, 74 242 şəxs xəsarət alıb. Ölənlər arasında, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, dörd nəfər azərbaycanlı var. Dağılan binaların sayı 6 444 təşkil edir. Türkiyədən Azərbaycana indiyədək yeddi avtobusla 310 vətəndaşımız təxliyə olunub. Proses davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş