Finalda “Atalanta” və “Bayer” üz-üzə gələcək
Bu gün UEFA Avropa Liqasında 2023-2024-cü illər mövsümünün qalibinin adına aydınlıq gələcək.
AYNA xəbər verir ki, final oyununda İtaliyanın “Atalanta” və Almaniyanın “Bayer” komandaları üz-üzə gələcək. İrlandiyanın paytaxtı Dublin şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, turnirin son qalibi İspaniyanın “Sevilya” komandası olub.