Britaniyada son sutkada 171 nəfər koronavirusdan həyatını itirib

Dünya

02.12.2021 - 03:48

Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Böyük Britaniyada son sutka ərzində 48 374 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 10 276 007 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə Bİrləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 171 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 145 140 nəfərə çatıb.

Müəllif: Ayna.az