Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 142 224 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 14 617 314 nəfərə çatıb.
AYNA-nın verdiyi məlumata görə, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 77 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 150 230 nəfərə çatıb.