Britaniya SEPAH-ı milli təhlükəsizliyə əsas təhdid sayır

Dünya

06.08.2023 - 14:06

cedabet dərman SEO Xidməti

“İrandan gələn təhdid, həmişə olduğu kimi, bizim ən böyük narahatçılığımıza çevrilib”

Britaniya hakimiyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ölkənin milli təhlükəsizliyinə ən böyük təhdid hesab edir. AYNA xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən “The Sunday Times” məlumat yayıb.

“İrandan gələn təhdid, həmişə olduğu kimi, bizim ən böyük narahatçılığımıza çevrilib”, deyə mənbə bildirib.

Britaniya departamentinin rəhbəri Swell Braverman SEPAH-ın Böyük Britaniyada fəaliyyətini gücləndirəcəyindən ehtiyat edir. Bundan əlavə, o, London kəşfiyyat məlumatlarından narahatlığını ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş