Britaniya MN: Rusiya "taxıl müqaviləsi" ilə bağlı qəsdən dezinformasiya yayır

Dünya

11.09.2022 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Böyük Britaniya Müdafiə Nazirliyi taxıl müqaviləsinin nəticələri ilə bağlı Putinin tənqidinə cavab verib

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin “taxıl sazişi”nin nəticələri ilə bağlı tənqidinə cavab verib. AYNA-nın xəbərinə görə, nazirliyin “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilir ki, Rusiya qəsdən dezinformasiya siyasəti həyata keçirir.

“BMT-nin məlumatlarına istinadən bildiririk ki, saziş çərçivəsində ixrac edilən Ukrayna taxılının təxminən 30 faizi Afrika, Yaxın Şərq və Asiyanın aşağı və orta gəlirli ölkələrinə çatdırılıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, Moskva bəyanatları ilə Ukraynanı gözdən salmağa çalışır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Moskva və Kiyevin bağladığı “taxıl müqaviləsi”nin nəticələrindən hiddətləndiyini söyləyib. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin əvəzinə ərzaq Avropa Birliyinə (Aİ) gedib.

İyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair saziş imzalayıb. Sənədin etibarlılıq müddəti uzadılma imkanı ilə 120 gündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş