Braziliyada daşqınlar 71 nəfərin həyatına son qoyub

Dünya

17.02.2022 - 06:47

Həkimlər Klinikalar SEO Xidməti

Fağıntılar altından sağ qalan 16 nəfəri çıxarılıb

Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq əraziləri) güclü yağışlar və nəticədə torpaq sürüşməsi və daşqınların qurbanlarının sayı 71 nəfərə çatıb, ölənlərdən 8-i azyaşlıdır.

AYNA xəbər verir ki, bu barədə xilasetmə xidmətlərinə istinadən "Globo" telekanalı məlumat yayıb.

Məlumata görə, hazırda xilasedicilər dağıntılar altından sağ qalan 16 nəfəri çıxara biliblər, lakin dağıntılar altında daha neçə nəfərin qaldığı məlum deyil. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir. Ştatın qubernatoru Klaudio Kastru fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün idarələrarası səyləri əlaqələndirmək üçün çərşənbə axşamı axşamdan şəhərdə olub.

Qeyd edilir ki, fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. Təbii fəlakət zamanı 80 yaşayış binasına ziyan dəyib, onlardan ən azı 54-ü tamamilə dağılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş