Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri verə bilər

Dünya

16.10.2026 - 09:46

Endi Börnhem və Volodimir Zelenski Londonda keçirilən görüşdə bu məsələni müzakirə ediblər

Böyük Britaniya Ukraynaya Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarına qarşı mübarizə aparmaq üçün əlavə bir dəstə “Storm Shadow” uzaqmənzilli qanadlı raket göndərmək niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Nəşr raketlərin sayını açıqlamayıb. “Bloomberg”in məlumatına görə, Böyük Britaniyanın Baş naziri Endi Börnhem və Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Londonda keçirilən görüşdə bu məsələni müzakirə ediblər.

İki liderin danışıqlarından sonra Dauninq Strit bildirib ki, tərəflər uzunmənzilli raketlər məsələsində Birləşmiş Krallığın qışdan əvvəl Ukraynaya müdafiə dəstəyini necə sürətləndirə biləcəyini müzakirə ediblər.

BBC Rus Xidmətinin məlumatına görə, Britaniya hökumətinin rəsmi kommunikesində "Storm Shadow" raketlərindən heç bir bəhs edilməyib.

"Storm Shadow" 250 km-dən çox mənzilə malik qanadlı raketdir və Fransada SCALP adı altında istehsal olunub. Böyük Britaniya və Fransa Kiyevi bu silahlarla üç il əvvəl təchiz etməyə başlayıblar. Onlardan Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq üçün istifadə olunub.

Tammiqyaslı müharibə boyunca Moskva Ukraynadakı mülki hədəfləri qəsdən hədəfə almaq ittihamlarını rədd edərək, yalnız hərbi hədəflərə və əlaqəli infrastruktura hücum etdiyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş