Böyük Britaniya parlamenti Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

Dünya

11.02.2022 - 01:13

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya XİN sanksiyalara haqq qazandırmağın mümkün olmadığını bildirib

Böyük Britaniya Parlamenti Rusiyaya qarşı sanksiyalar haqqında qanuna dəyişiklikləri təsdiqləyib. AYNA “RİA Novisti”yə istinadən xəbər verir ki, dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.

Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Böyük Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.

İndi bu sənəd genişləndiyindən Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr və şəxslər məhdudiyyətlərə üzləşə bilər.

Rusiya Xarici İşlər Nazirliyi isə tətbiq edilən sanksiyalara haqq qazandırmağın heç cür mümkün olmadığını bildirib. Nazirliyin sözçüsü Mariya Zaxarova bütün bunların süni mənzərə yaratdığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş