Botanika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub

Xəbərlər

14.06.2024 - 23:24

Həkimlər Klinikalar SEO Xidməti

15 İyun - Milli Qurtuluş Gününü əks etdirən videoçarx nümayiş olunub

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan AYNA-ya bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva 15 İyun - Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu deyib. Professor qeyd edib ki, həmin dövrdə Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edilib. Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir.

Tədbirdə çıxış edənlər 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən, əldə olunan uğurlardan danışıblar.

Sonda 15 İyun - Milli Qurtuluş Gününü əks etdirən videoçarx nümayiş olunub.

Botanika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub Botanika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub Botanika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub
Müəllif: Ayna.az