Tırqovişte şəhərində temperatur 20 dərəcə selsiyə qədər yüksəlib
Bolqarıstanın meteoroloqları çərşənbə günü ölkədə temperatur rekordu qeydə alıblar. AYNA xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.
Hava ölkənin şimal-şərq bölgəsində yerləşən Tırqovişte şəhərində çərşənbə günü 20 dərəcə selsiyə qədər yüksəlib.
Qeyd edilib ki, bu, 1955-ci ildə qeydə alınan rekord göstəricidən 3,5 dərəcə yüksəkdir. Bolqarıstanda adətən ilin bu vaxtında temperatur 0 dərəcə selsi səviyyəsində olur