BMT Rusiyaya çağırış edib: “Sabah çox gec ola bilər”

Dünya

24.04.2022 - 22:11

Həkimlər Klinikalar SEO Xidməti

“Mariupolda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla on minlərlə insanın həyatı təhlükə altındadır”

“Mariupolda döyüşlər dərhal dayandırılmalıdır ki, mülki əhalinin təxliyə imkanları olsun”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə BMT-nin Ukrayna üzrə koordinatoru Amin Avad deyib.

Onun sözlərinə görə, Mariupolda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla on minlərlə insanın həyatı təhlükə altındadır: “İnsanların həyatını xilas etmək üçün hazırda döyüşlərdə fasilə lazımdır”.

“Nə qədər gözləsək, bir o qədər çox insanın həyatı risk altında olacaq. Onların təhlükəsiz şəkildə təxliyə edilməsinə icazə verilməlidir. Sabah çox gec ola bilər”, - BMT rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş