BMT-dən Qazaxıstanla bağlı çağırış

Dünya

06.01.2022 - 23:50

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstanda vəziyyət gərgin olaraq qalır

BMT Qazaxıstanda zorakılıqdan çəkinməyə çağırıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisi məlumat yayıb.

"Qazaxıstanda nümayişlər dinc xarakter daşımalıdır", - ofisdən qeyd edilib.

Məlumata görə, BMT nümayəndələri ölkədəki vəziyyətlə bağlı bir neçə dəfə Qazaxıstan hakimiyyəti ilə əlaqə saxlayıblar.

Bu gün təşkilatın baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Natalya German və Qazaxıstanın xarici işlər nazirinin müavini Akan Raxmetullin arasında telefon söhbəti olub. Danışıqlar zamanı vurğulanıb ki, təşkilat Qazaxıstandakı vəziyyəti yaxından izləməkdə davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş