BMT-dən Əfqanıstanda məsciddəki partlayışla bağlı çağırış

Dünya

04.09.2022 - 06:35

Həkimlər Klinikalar SEO Xidməti

BMT məscidə hücumu pisləyən bəyanat yayıb

BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstanın Herat əyalətində məscidə hücumun təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat üçün bəyanatında deyilir.

"BMT Təhlükəsizlik Şurası Əfqanıstanda dinc əhaliyə qarşı davam edən dəhşətli terror aktlarını, o cümlədən sentyabrın 2-də Heratda məscidə hücumu qətiyyətlə pisləyir", - bəyanatda vurğulanır.

Qeyd edək ki, sentyabrın 2-də Heratın Quzar kəndindəki məsciddə güclü partlayış baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.

Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. İlkin məlumatlara görə, terror aktı zamanı 40-dan çox adam ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş