BMT-də Qəzza ilə bağlı yeni qətnamə qəbul edilib

Dünya

25.03.2024 - 20:42

Təhlükəsizlik Şurası Ramazan ayında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib 

BMT Təhlükəsizlik Şurası Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, layihə 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında səsə qoyulub və 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib.

Bildirilir ki, ABŞ səsvermədə bitərəf qalıb.

Danışıqlardan sonra qətnamə layihəsində “daimi atəşkəs” ifadəsi razılaşdırılıb. ABŞ nümayəndə heyəti son anda “daimi” ifadəsini “qalıcı” ilə əvəz edərək layihə mətninə dəyişiklik edilməsini istəyib. Rusiyanın səsvermədən əvvəl bəyanatın orijinal variantına dəyişdirilməsi ilə bağlı düzəliş təklifinə ABŞ tərəfindən veto edilib.

Müəllif: Ayna.az