ABŞ dövlət katibi Ukraynada səfərdədir
ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfər edib. AYNA UNİAN-a istinadən bildirir ki, Blinken bu gün Ukraynaya səfər edib.
Məlumata görə, dövlət katibinin səfəri əvvəlcədən elan olunmayıb.
Blinkenin Ukraynaya ayrılacaq hərbi yardımla bağlı müzakirələr aparacağı gözlənilir.