Blinken Brüsseldə Paşinyanla görüşəcək

Dünya

28.03.2024 - 10:38

Baş katiblə Baş nazir Ermənistandakı vəziyyəti müzakirə edəcəklər

ABŞ dövlət katibi Antoni Blinken NATO-nun Brüssel toplantısında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, bundan əlavə, diplomat NATO-nun Baş katibi Yens Stoltenberqlə görüş keçirməyi planlaşdırır. Görüş Blinkenin aprelin 1-dən 5-dək Fransa və Belçikaya səfəri çərçivəsində baş tutacaq.

Eyni zamanda, dövlət katibi Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək və Ermənistandakı vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Hollandiyanın Baş naziri Mark Ruttenin NATO-nun baş katibi postuna namizədliyini dəstəkləyəcəyi məlum olub.

Müəllif: Ayna.az