6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişib
Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, Tennis Akademiyasının yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması nəticəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya verilən məlumata görə, bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.