Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 455 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 768, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 24 802 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 562 620, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 703 255, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 669 018 təşkil edir.