Bir avtomat, 5 qumbara və 5 tüfəng təhvil götürülüb

Xəbərlər

24.05.2024 - 12:58

Polis qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri davam etdirir

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mayın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5 tüfəng, 96 patron darağı və 38 müxtəlif çaplı patron təhvil götürüblər.

Müəllif: Ayna.az