Biq Ben qülləsi yenidən fəaliyyətə başlayıb

Xəbərlər

02.01.2022 - 02:44

Həkimlər Klinikalar SEO Xidməti

Qüllə Yeni ilin ilk dəqiqələrində zəng çalaraq yenidən açılıb

Biq Ben saat qülləsi yenidən fəaliyyətə başlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Londonun turistik simvollarından olan Biq Ben saat qülləsi 4 ildən sonra yenidən istifadəyə verilib.

Bərpa işləri tamamlandıqdan sonra Biq Ben qülləsi Yeni ilin ilk dəqiqələrində zəng çalaraq yenidən açılıb.

Vestminster sarayında yerləşən “Elizabet qalası” kimi də tanınan məşhur saat qülləsi 2017-ci ildən təmirə bağlanmışdı.

Biq Ben saat qülləsi 1859-cu ildə dünyanın ən dəqiq saatı olmaq üçün dizayn edilib və zaman keçdikcə Londonun simvoluna çevrilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş