Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Xəbərlər

26.05.2024 - 17:54

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 27-də gecə və səhər saatlarında yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Müəllif: Ayna.az