Bəzi rayonlarda qaz təchizatında problem yaranıb

Xəbərlər

10.12.2022 - 23:28

cedabet dərman SEO Xidməti

"Azəriqaz" qaz təchizatında yaranan fasilələrlə bağlı məlumat yayıb

Ölkə ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb. Bu barədə AYNA-ya "Azəriqaz" İB-dən bildirilib.

Qəza-bərpa xidmətinin əməkdaşları qeyd olunan rayonlara ezam olunub.

"Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5 min abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır", - məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş