Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü Suqovuşanda minaya düşüb

Hadisə

26.04.2023 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

ANAMA minaya düşən şəxsin vəziyyəti barədə məlumat yayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı əlavə məlumat yayıb.

ANAMA-dan AYNA-ya bildirilib ki, aprelin 26-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib: "Piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi davam etməkdədir. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli olmağa çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş