Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

Xəbərlər

27.12.2021 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) onlayn formatda iclası keçirilib. Şuradan AYNA-ya verilən məlumata görə, iclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.

Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.

 

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş