Bərdədə narkotacirlər saxlanılıb

Xəbərlər

01.12.2022 - 18:07

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar - Mustafa Nəsibov və Qurban Nuriyev - saxlanılıblar. Onların evinə və üzərinə baxış keçirilən zaman M.Nəsibovdan metamfetamin, marixuana, elektron tərəzi və süngü bıçaq, Q.Nuriyevdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az