Narkotik maddə satan şəxs saxlanılıb
Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun 866 saylı qəsəbə sakini, əvvəllər məhkum edilmiş Elçin Əliyev polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
E.Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədilə qablaşdırdığı marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.